"Beşiktaş" rəsmisi: "Azərbaycandakı oyunun tarixini Şenol Günəş müəyyənləşdirəcək"
Yusif Nəzərli
08:00 15.03.2023
İdman
508
"Sabah" komandası ilə yoldaşlıq oyununun tarixini baş məşqçimiz Şenol Günəş müəyyənləşdirəcək".
Bunu "Report"a açıqlamasında Türkiyənin "Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebinin xüsusi məsləhətçisi Erdal Cömert deyib.
O, hazırda paytaxt təmsilçisi ilə danışıqlarının davam etdiyini bildirib: "Bu qarşılaşmanın milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə baş tutmasını planlaşdırırıq. Martın 18-də Türkiyə Super Liqasının XXVI turunda "İstanbulspor"la üz-üzə gələcəyik. Ondan sonra çempionatda iki həftəlik fasilə yaranacaq. Bu müddətdə Almaniyada və Azərbaycanda yoldaşlıq görüşü keçirmək istəyirik. Amma matçların tarixləri bəlli deyil. Danışıqlar hələ də davam edir. Bunun səbəbi də bəllidir. Bizim səyahət edəcəyimiz məsafə önəmlidir. Məsələn, ilk oyun ya Almaniyada, ya da Azərbaycanda gerçəkləşəcək. Hazırda bunları danışırlar".
Erdal Cömert uzun müddətdir Azərbaycana gəlmək istədiklərini söyləyib: "Şenol Güneş martın 22-də və ya 23-də Almaniyada və ya sizin ölkənizdə qarşılaşmanın keçirilməsini istəyə bilər. Belə olacağı təqdirdə növbəti görüş 27-si və ya 28-də baş tutmalıdır. Çünki 1 ya 2 apreldə "Fənərbağça" ilə üz-üzə gələcəyik. Baş məşqçi təqvimə görə qərar verəcək. Yoldaşlıq qarşılaşmalarının tarixləri "İstanbulspor"la görüşdən sonra dəqiqləşəcək. Çünki hələlik milli komandalara kimlərin gedəcəyi də tam bəlli deyil".
Qeyd edək ki, daha əvvəl "Qarabağ" martın 26-da Bakı Olimpiya Stadionunda "Qalatasaray"la yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb. Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya