Bu ölkədə qoyun qırxma üzrə dünya çempionatı keçiriləcək: 34 ölkədən 300 iştirakçı...
«Sherg.az» «sputnik.fr»ə istinadən xəbər verir ki, ilk dəfə bu yarış 40 il öncə Yeni Zelandiyada baş tutub.
Indi isə Fransanın «Haute-Vienne»departamentindəki «Dorat» şəhərində təşkil olunacaq. Iyulun 4-dən 7-ə kimi davam edəcək yarışa 34 ölkədən 300 iştirakçı qatılacaq. Bu yarış ilk dəfə 1977-ci ildə Yeni Zelandiyada təşkil olunub. Raqbi qədər məşhur bir idman növü hesab olunur.
Ümumən bu yarışda 650 qoyun qırxılmalıdır. İştirakçılar 3 istiqamət üzrə yarışacaqlar : maşınla qırxma, qayçı ilə qırxma, yunu çeşidləmə və yığıma.