“Çelsi” və “Mançester Siti” qələbə qazanıb
Yusif Nəzərli
20:58 13.01.2024
İdman
548
İngiltərə Premyer Liqasında XXI turun növbəti matçları keçirilib.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.
"Çelsi" doğma meydanda "Fulhem"lə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolu 45+4-cü dəqiqədə penaltidən Kole Palmer vurub.
Günün digər oyunda isə "Nyukasl" və "Mançester Siti" komandaları qarşılaşıb. Gərgin keçən görüş "şəhərlilər"in 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 26-cı dəqiqədə qonaqların heyətində Bernardo Silva açıb. Aleksandr İsak 35-ci dəqiqədə tablodakı rəqəmləri bərabərləşdirib. 37-ci dəqiqədə isə Antoni Qordon "sağsağanlar"ı önə çıxarıb. Kevin De Brüyne 74-cü dəqiqədə ikinci qolu rəqibin qapısında keçirib. Qarşılaşmada qələbə qolunu 90+1-ci dəqiqədə Oskar Bobb vurub.
Bu nəticələrdən sonra bir oyun az keçirən "Mançester Siti 43 xalla 2-ci, "Çelsi" 31 xalla 8-ci, "Nyukasl" 29 xalla 10-cu və "Fulhem" 24 xalla 13-cü yerdə qərarlaşıb. Turnir cədvəlinə isə 45 xalla "Liverpul" rəhbərlik edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya