Dünya çempionatı: Azərbaycan ilk medalını qazanıb

Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın aktivinə ilk medal yazılıb.

"Report"un məlumatına görə, 86 kq çəki dərəcəsində yer alan Abubakr Abakarov bürünc medala sahib olub. O, 3-cü yer uğrunda görüşdə Slovakiya təmsilçisi Boris Makoyevə qalib gəlib - 9:5.