Edin Dzeko “Neftçi”nin qatılacağı turnirdə iştirakdan imtina edib
Yusif Nəzərli
06:47 28.06.2023
İdman
450
Türkiyənin “Fənərbağça” klubunun yeni transferi Edin Dzeko “Neftçi”nin də qatılacağı Sankt-Peterburqdakı “PARI Premyer” turnirində iştirakdan imtina edib.
“Report”un yerli mətbuata istinadən məlumatına görə, bosniya və herseqovinalı hücumçu buna səbəb kimi, Rusiyanın Ukraynaya etdiyi hərbi hücumunu göstərib.
Ukraynanı dəstəklədiyini bildirən 37 yaşlı forvard “Srvena Zvezda” (Serbiya), “Zenit” (Rusiya) və “Neftçi” ilə görüşlərdə komandasının heyətində yer almayacaq.
2022-ci ilin noyabrında Bosniya və Herseqovina millisi Rusiya yığması ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırsa da, Dzeko başda olmaqla, bir neçə oyunçunun imtinası səbəbindən oyun baş tutmamışdı.
Qeyd edək ki, “Fənərbağça” ilə “Neftçi” arasında qarşılaşma iyulun 15-də keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə anomal istilər: 4,4 min insan öldü
18:56 20.08.2026
Ekologiya
KL: Pley-off mərhələsinə start verilir
18:32 20.08.2026
Futbol
Velosiped 3 yaşlı qızın barmağını qopardı
18:23 20.08.2026
Hadisə
ABŞ-ın İran əməliyyatında yaralanan hərbçilərinin sayı 757-yə çatıb
18:17 20.08.2026
Dünya
Türkiyə siqaret istehlakında dünyada birinci oldu
18:14 20.08.2026
Sağlamlıq
Ermənistanda hərbçilərin ölümü ilə bağlı iddialar təkzib edildi
18:05 20.08.2026
Region
Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb
17:56 20.08.2026
Hadisə
Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb
17:29 20.08.2026
Hadisə
Dəmir yolunda güzəştli bilet satışı təklifləri yaradılacaq
17:06 20.08.2026
İnfrastruktur
Azərbaycanın uçuş coğrafiyası genişləndiriləcək
17:05 20.08.2026
Gündəm
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq
16:58 20.08.2026
İqtisadiyyat
“Rəqəmsal səyyah” viza altnövü təsis ediləcək
16:33 20.08.2026
Gündəm
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
16:02 20.08.2026
Gündəm
Zaqatalada QƏZA: 3 nəfər yaralandı - FOTO
15:53 20.08.2026
Hadisə