Türkiyənin qadınlardan ibarət milli voleybol komandası Avropa çempionatının yarımfinalında Serbiyanı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Sherg.az xəbər verir ki, Türkiyə ilk setdə 25:20, ikinci setdə 25:19, üçüncü setdə isə 25:20 hesabı ilə qalib gəlib.
“Filenin Sultanları”nın finaldakı rəqibi Polşa-İtaliya qarşılaşmasının qalibi olacaq.