İlham Zəkiyev Paralimpiya Oyunlarının dordqat mükafatçısı oldu - YENİLƏNİB
10:09 29.08.2021
İdman
439
Cüdoçumuz İlham Zəkiyev bürünc medal görüşündə 2016-cı ildə Rioda keçirilmiş Paralimpiya Oyunlarının mükafatçısı Şirin Şərifova qalib gəlib. Belə ki, rəqibi tatamiyə çıxmadığından, o, bürünc medal qazanıb. Bu, onun dördüncü Paralimpiya mükafatı olub. Daha əvvəl cüdoçumuz 2004 və 2008-ci ildə qızıl və 2012-ci ildə bürünc medal qazanmışdı.
Bununla da Azərbaycan üçün cüdo yarışları başa çatıb. Bu yarışlarda qazanılan 12 medaldan 8-i (6 qızıl və 2 bürünc medal) cüdo millilərimizin hesabındadır.
08:57
Cüdoçumuz İlham Zəkiyev Yamaykadan olan rəqibinə ipponla qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun rəqibi son Paralimpiya Oyunlarının bürünc mükafatçısı, Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi Şirin Şərifov (Özbəkistan) olacaq.
Beləliklə, bu gün cüdonun axşam seansında Dürsədəf Kərimova final, İlham Zəkiyev bürünc medal görüşünə çıxacaq. Görüşlər Bakı vaxtı ilə saat 11:30-dan etibarən başlayacaq.
08:02
Dürsədəf Kərimovanın yarımfinalda Meq Emerişlə (Braziliya) görüşü gərgin alınıb. Hər iki idmançı vaza-ari xalı qazanıb. Lakin sonra Dürsədəf rəqibini ippona salaraq finala yüksəlib. O, finalda Zarina Baybatina (Qazaxıstan) ilə qarşılaşacaq.
Bu isə o deməkdir ki, Azərbaycan nəticədən asılı olmayaraq, Paralimpiya Oyunlarında 11-ci medalı özünə təmin edib.
07:37
İlham Zəkiyev son illərdəki uğursuzluğunu davam etdirib. 41 yaşlı idmançımız 1/4 finalda Qvanq-qeun Çouya uduzaraq qızıl medal qazana bilməyib. O, bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılacaq. Onun rəqibi Teador Suba (Yamayka) olacaq.
06:52
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında son üç cüdoçumuz mübarizəyə qoşulub.
Oxu.Az-ın xəbərinə görə, Kənan Abdullaxanlı (-100 kq) Şərif Xəlilova (Özbəkistan) uduzub. O, 1/8 finalda uduzduğundan, mübarizəni dayandıraraq medalsız qalıb.
Ən ağır çəkili cüdoçumuz, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (+100 kq) isə Cək Hocsona (Böyük Britaniya) Golden Score-da vaza-ari xalı ilə qalib gəlib. O, 1/4 finala vəsiqə qazanıb.
Qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) da mübarizəyə inamla start verib. O, Anastasiya Qarnikə (Ukrayna) ipponla qalib gəlib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları ilk iki gündə beş qızıl və bir bürünc medal qazanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm