Rusiyanın Dövlət Bayrağı Günü münasibətilə Kamçatka bölgəsində “Kamçatka Kaldera Treyl -2026” dağ qaçışı yarışı keçirilib. Yarış ikinci dəfə “Cənubi Kamçatka” təbiət parkında, fəaliyyətdə olan Mutnovski və Qoreli vulkanlarının ətəyində təşkil olunub.
Yarışın startına ölkənin müxtəlif bölgələrindən 150-dən çox idmançı çıxıb. “Kamçatka Kaldera Treyl” Rusiyada fəaliyyətdə olan vulkanlar arasında keçirilən yeganə dağ qaçışı kimi təqdim olunur.
İştirakçılara müxtəlif çətinlik dərəcələrinə malik altı məsafə təklif edilib. Buraya uşaqlar üçün 1,5 kilometrlik qaçışdan tutmuş, hündürlük üzrə 3 min metr yüksəliş nəzərdə tutulan və 100 kilometr məsafəni əhatə edən ekstremal ultratreylə qədər müxtəlif marşrutlar daxil olub.
Yarışda Kamçatka diyarının qubernatoru Vladimir Solodov da iştirak edib. O, 500 metr hündürlük fərqi olan 20 kilometrlik məsafəni qət edib və əlində Rusiya bayrağı ilə finişə çatıb.
Qaçışın əsas məqamlarından biri Dövlət Bayrağı Gününün qeyd olunması olub. Rusiya üçrəngli bayrağı Kamçatkanın vulkanik klasterinin mərkəzində-ölkənin ən tanınan təbii ərazilərindən birində finiş xəttində açılıb.