"Marsel" - "Qarabağ" oyunu üçün ciddi təhlükəsizlik tədbirləri görüləcək
Yusif Nəzərli
16:21 14.02.2022
İdman
625
Fransada "Marsel" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçı öncəsi təhlükəsizlik tədbirləri gücləndiriləcək.
"Report" "Maritima" nəşrinə istinadən xəbər verir ki, bununla bağlı yerli hüquq-mühafizə orqanları məlumat yayıb.
Bildirilib ki, oyun zamanı baş verə biləcək insidentlərin qarşısını almaq üçün təkmilləşdirilmiş təhlükəsizlik sistemi hazırlanıb. Ağdam klubunun azarkeşləri üçün xüsusi bilet satışı məntəqəsi fəaliyyət göstərəcək və ciddi mühafizə olunacaq. Həmçinin matçın oynanılacağı "Velodrom" stadionunda yerli və qonaq komandanın fanatları arasında boş tribunalar saxlanılacaq ki, bu da "bufer zona" yaratmaq məqsədi daşıyır.
Bundan başqa, arenanın üzərində dronların uçuşuna və tərəfdarların priotexniki vasitələrdən istifadəsinə qadağa qoyulub.
Təhlükəsizlik idarəsinin və bir neçə polis bölməsinin əməkdaşları stadionun ətrafında, içərisində və ictimai nəqliyyatda yerləşdiriləcək. Şəhərin mərkəzində hər hansı qanunsuz kütləvi toplaşmaların qarşısı alınacaq, problem yaranarsa, dərhal müdaxilə ediləcək. Pilotsuz uçuş aparatları ilə ümumi vəziyyətə nəzarət olunacaq.
Həmçinin stadiona gələnlərdən sanitar qaydalara ciddi əməl olunması tələb ediləcək.
Qeyd edək ki, fevralın 17-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq