“Qızıl top"un favoriti Messidir"
18:11 18.07.2021
İdman
465
“Barselona”nın baş məşqçisi Ronald Kuman klubla müqaviləsi başa çatan Lionel Messi haqqında danışıb.
Qol.az xəbər verir ki, 58 yaşlı mütəxəssis klubun saytına açıqlamasında bu mövsüm “Qızıl top”u qazanmaq üçün 34 yaşlı hücumçunu əsas favorit hesab etdiyini bildirib:
“Messi bizim üçün həyati əhəmiyyət kəsb edir. O, komanda üçün çox şey edir və kapitan kimi hər kəsə örnək olur. Mövsümə çətin başlasa da, sonradan çox yaxşı nəticələr əldə etdi. Messi ötən mövsüm dünyanın ən yaxşı oyunçusu olduğunu sübut etdi. Amerika kubokunu qazanmağı nə qədər çox istədiyini bilirdim. Sonda bunu da bacardı. Məncə, bu il “Qızıl top”un qalibi olmaq üçün bir nömrəli namizəd Messidir”.
Qeyd edək ki, Messi başa çatan mövsüm “Barselona”da 38 qol vurub və 12 qolun ötürməsini verib. Həmçinin o, Argentina millisi ilə Amerika kubokunun da qalibi olub. Messi bu yarışda 4 qol vurmaqla və 5 qolun ötürməsini verməklə turnirin ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, “Barselona”nın Messi ilə 5 illik yeni müqavilə barədə razılığa gəldiyi haqda xəbərlər yayılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
18:00 02.07.2026
Siyasət
Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir
17:52 02.07.2026
Hərbi
Dəməşqdə kafedə partlayış baş verib - Ölən və yaralananlar var
17:40 02.07.2026
Gündəm
Ukrayna ilk dəfə öz ballistik raketindən istifadə etdi
17:33 02.07.2026
Dünya
İnternet sürətində sıçrayış gözlənilir
17:33 02.07.2026
Texnologiya
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi
17:18 02.07.2026
Hərbi
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
17:11 02.07.2026
Dünya
Suriya və Livan arasında razılaşma imzalanıb
17:04 02.07.2026
Dünya
Polşa və Ukrayna XİN başçıları Varşavada görüşəcək
16:57 02.07.2026
Gündəm
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı
16:43 02.07.2026
Gündəm
Aralıq dənizində 5,3 bal gücündə zəlzələ olub
16:03 02.07.2026
Hadisə
Moskva vilayətində dron təhlükəsi elan edilib
16:02 02.07.2026
Dünya