Qurban Qurbanov: "Bəzən referiyə etirazları taktiki gediş kimi edirdim"
Yusif Nəzərli
17:20 28.07.2022
İdman
484
"Yenə də futbolçularımı təbrik etmək istəyirəm. İlk dəqiqələr gözləmədiyimiz kimi alınsa da, sonradan özümüzə gəldik və matçı sonadək düşündüyümüz kimi keçirdik. Sonda daha bir zərbə aldıq və yenidən toparlandıq. Bu, məni çox sevindirdi".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə 2:2 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, bu cür oyunları komandanı böyüdür: "Bu, bir daha göstərdi ki, futbol final fitinədək oynanılır və biz sonadək vuruşmalı, bir-birimizə güvənməliyik. Nəticə öz yerində, bu oyundan klub olaraq çox şey əldə etdik. Gələcəyimiz üçün faydalı olacaq".
O, qarşılaşmanın baş hakimi Allard Lindhautun qərarlarına da toxunub: "Ola bilər ki, karyeram ərzində referiyə ən çox etiraz etdiyim oyun oldu. Bəlkə də kənardan o qədər görünmürdü. Amma bəzi epizodlarda fitlər verilirdi. Bunun səbəbini bilmirdik. "Sürix" evdə oynadığından onlara qarşı simpatiya ola bilərdi. Bəzən etirazı taktiki gediş kimi edirdim. Dedim, qoy, düşünməsinlər ki, heç nəyi görmürük, bilmirik. Məncə, hardasa faydası da oldu. Dəfələlərlə dediyimiz şeylərdir. Ona görə də təkrar fikir bildirmək istəmirəm".
Qurbanov III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəkləri ilk oyun öncəsi heyətdəki itkilərdən də söz açıb: "Buna da hazır olmalıyıq. Bütün matçlara optimal heyət və forma ilə çıxa bilmərik. Qarşıdakı günlərdə rəqibi tam tanıyandan sonra hansı addımları ata biləcəyimizi düşünəcəyik. Sadəcə, bilirik ki, Kadi Borges, Riçard Almeyda və Kevin Medina oynamayacaq. Bu, dəqiqdir. Əlimizdəki digər oyunçulara çox güvənirik. Buna uyğun dəyişikliklər edə bilərik".
Təcrübəli mütəxəssis "Sürix"lə görüşdə zədələnən Medinanın son durumunu da açıqlayıb: "Böyük ehtimalla "Ferentsvaroş"la ilk oyunu buraxacaq. Buradan birbaşa MRT müayinəsinə gedəcək. Bəlkə də 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq".
Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat