Qurban Qurbanov: “Viktoriya” ilə ilk oyunu Bakıda keçirmək üstünlükdür”
Yusif Nəzərli
08:22 10.08.2022
İdman
779
“Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə oyunlara böyük ümidlərlə hazırlaşacaq, əlimizdəki şanslardan yararlanmağa maksimum çalışacağıq”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis “Viktoriya” ilə duelin əhəmiyyətini çox yaxşı anladıqlarını vurğulayıb:
“Bilirik ki, bu rəqibi də üstələsək, Çempionlar Liqasının qrup mərhələsinə düşəcəyik. Daha yaxşı, daha istəkli olmalı və daha da səhvsiz oynamağa çalışmalıyıq. Rəqibi tam təhlil edəndən sonra daha ətraflı fikir bildirmək olar. Hər halda bu komanda Çempionlar Liqasının pley-offuna elə-belə gəlməyib. Ümumiyyətlə, Çexiya futbolu çox intizamlıdır. Çox yaxşı müdafiə xətləri olur, standart vəziyyətlərdə xeyli təhlükəli olurlar. Tam təhlil etdikdən sonra rəqibə qarşı yaxşı oyun qurmaq və uğurlu nəticə əldə etmək üçün ən yaxşısını ortaya qoyacağımıza inanıram”.
Qurbanov ilk görüşü Bakıda keçirmələrini komandası üçün üstünlük saydığını gizlətməyib:
“İlk oyunun Bakıda olmasına gəldikdə, xeyirlisi, qismətimizdə budursa, razılaşmalıyıq. İlk matça ciddi hazırlaşmalıyıq. İnanıram ki, ev oyunu üstünlüyümüz olar”.
Baş məşqçi pley-off mərhələsinədək heyətə yeni oyunçu cəlb etməyin mümkünlüyünü də dilə gətirib. Qurbanovun fikrincə, bu, baş verməsə belə, hazırkı heyət də hədəfə çatmaq üçün yetərlidir:
“Müdafiə xətti ilə bağlı hazırda hər hansı fikrimiz yoxdur. Amma ola bilər ki, digər mövqelərdə hər hansı dəyişiklik olsun. Olmasa belə, hazırkı heyət yetərlidir və çox istəklə çıxış edirlər, çox həvəslidirlər. İstədiyimiz oyunçuları əldə edə bilsək, mütləq götürəcəyik, olmasa, elə bu heyətlə də davam edəcəyik”.
Təcrübəli mütəxəssis III təsnifat mərhələsində “Ferentsvaroş”a Macarıstanda 3:1 hesabı ilə qalib gəldikləri cavab görüşündən də danışıb. O, komandasının istənilən oyunu ortaya qoyduğunu söyləyib:
“Əlbəttə, oyunu ələ almaq, üstünlüyü öz tərəfinə keçirmək istəyirsən. Bunlar bəzən alınır, bəzən yox. Bəzən də rəqib oyuna daha yaxşı başlayır. Sevinirik ki, cavab görüşü bizim üçün çox yaxşı başladı. Erkən qol vurmaq istəyirdik, bu da alındı. Deməzdim ki, rəqibi yaxşı təhlil etmişdik və ya əlavə bir şey ortaya qoyduq. Sadəcə, düşündüyümüzü daha yaxşı etdik və rəqibə qarşı daha sıx oynadıq. Şadıq ki, hər şey bizim tərəfimizdə oldu. Oyundan əvvəl və sonra rəqib baş məşqçi Stanislav Çerçesovla görüşümüz oldu. Qarşılaşmanın ardından bizi qələbə münasibətilə təbrik etdi”.
Qeyd edək ki, “Qarabağ” “Viktoriya” ilə ilk oyununu 16/17 avqustda evdə, cavab görüşünü bir həftə sonra səfərdə keçirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan qlobal dialoqun mərkəzi oldu - ŞƏRH
17:03 12.03.2026
Gündəm
Müctəba Xameneinin ilk mesajı tezliklə yayımlanacaq
16:55 12.03.2026
Gündəm
Dövlət pulsuz təhsil verir, amma kurslar ailələri soyur - Ekspert
16:22 12.03.2026
Gündəm
Teleqram hətta VPN vasitəsilə də işləməyəcək
16:09 12.03.2026
Texnologiya
Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək
15:58 12.03.2026
Ölkə
Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel
15:49 12.03.2026
Gündəm
Rusiya BMT TŞ-nin İrana qarşı qətnaməsindən narazıdır
15:41 12.03.2026
Dünya
Koreyadakı THAAD-lar Yaxın Şərqə köçürülür
15:21 12.03.2026
Dünya
BMT Baş katibi Türkiyədə səfərdədir
15:16 12.03.2026
Dünya
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb
15:02 12.03.2026
Elm və Təhsil
Türkiyə neft ehtiyatlarından istifadə qərarı verdi
14:16 12.03.2026
Gündəm
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm