Qurbanov bu klubun kommunal xərclərini ödədi
Qurbanov bu klubun kommunal xərclərini ödədi
11:53 30.01.2024
İdman
725
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov I Liqa komandası “Zaqatala”nın kommunal xərclərini ödəyib.
Bu barədə Report-a “Zaqatala”nın prezidenti Şaban Şirdanov məlumat verib.
O bildirib ki, əslən Zaqataladan olan mütəxəssis komadaya maliyyə köməkliyi göstərir:
“Musa Qurbanov klubun İdarə Heyətinin üzvüdür. Ciddi problemlər olanda müraciət edirdik. Komandaya forma alınmasından tutmuş, qidalanmaya qədər bir çox problemlərimiz olur. Eləcə də ev oyunlarını keçirdiyimiz stadionun icarə haqqı da var. Bildiyiniz kimi, Zaqatala İdman Kompleksi Gənclər və İdman Nazirliyinin balansındadır. Kompleks rəhbərliyi də bizə xeyli güzəştə gedib. Arenanın kommunal xərclərini isə Qurban Qurbanovun köməyi sayəsində ödədik. Bu kimi problemlərin həlli baxımından Futbolun İnkişaf Fondu (FİF) da ötən ilin avqustundan bəri çox səmərəli işlər görüb”.
Ş.Şirdanov hesab edir ki, “Zaqatala” PFK-“Biznes klub” layihəsi komandanın maliyyə problemlərini yoluna qoyması üçün vasitə ola bilər:
“Bu layihə əsas sponsor olmadığı zaman bir neçə imkanlı şəxsin kiçik dəstəyi ilə kluba kömək etməsinə şərait yaradır. I Liqada sponsoru olmayan yeganə komanda “Zaqatala”dır. “Biznes klub”da iştirak edəcək qurumlardan biri hətta sonradan əsas sponsorumuz da ola bilər. Bu layihə özünü doğruldarsa, klub gələcəkdə öz sponsoru ilə fəaliyyət göstərəcək”.
“Zaqatala”nın rəhbəri yanvarın 19-da baş tutan layihənin təqdimat tədbirindən sonra onlara müraciət daxil olmayıb:
“İlk tədbirimizdən sonra layihədə iştirakla bağlı müraciət edilməyib. Bəlkə də Futbolun İnkişaf Fondu müxtəlif şəxslərlə bu barədə əlaqə saxlayır. Ancaq bizə zəng vuran olmayıb. Əslində futbola yatırım bir növ riskdir. Çünki bu sahəyə çəkilən xərclər qayıtmır. Hansısa sponsor yatırım edəndə isə onun qarşılığını görmək istəyir. Xeyriyyəçilik, sosial layihə indi davamlılıq üçün effektli olmur”.
Qeyd edək ki, Qurban Qurbanovun futbolçu kimi ilk peşəkar komandası 1990/1991 mövsümündə Zaqatala “Daşqın”ı olub. Həmin vaxt komandaya Şaban Şirdanov baş məşqçilik edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya