Rusiya güləşçiləri Avropa çempionatından çəkildilər: Azərbaycanın üç idmançısı qızıl medala iddialıdır
Yusif Nəzərli
12:12 02.03.2022
İdman
680
7-13 mart tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək 23 yaşadək (U-23) güləşçilərin Avropa çempionatında iştirak edəcək azərbaycanlı idmançıların sayı və kimliyi müəyyənləşib.
Oxu.Az-ın xəbərinə görə, 22 güləşçi (9 sərbəst, 7 yunan-Roma və 6 qadın güləşçisi) bu yarışda Azərbaycanı təmsil edəcək.
Sərbəst güləş
Tofiq Əliyev (57 kq), Zirəddin Bayramov (65 kq), Murad Yevloyev (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Əbubəkr Abakarov (86 kq), Əbdülcəlil Şabanov (92 kq), İslam İlyasov (97 kq), Aydın Əhmədov (125 kq)
Yunan-Roma güləşi
Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Adəm Hacızadə (72 kq), Xasay Həsənli (77 kq), İntiqam Vəlizadə (82 kq), Laçın Vəliyev (87 kq), Sərxan Məmmədov (130 kq)
Qadın güləşi
Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (62 kq), Birgül Soltanova (65 kq), Nigar Mirzəzadə (68 kq)
Qeyd edək ki, sərbəst güləşçilərin yarışında böyüklərin dünya çempionatının 2 mükafatçısı və 2 U-23 dünya çempionu mübarizə aparacaq. Azərbaycanlı sərbəst güləşçilərdən gənclər və U-23-lər arasında Avropa çempionu olmuş, Dağıstan əsilli idmançımız Cəbrayıl Hacıyev əsas favoritlərdən sayılır. Həmçinin dünya üçüncüsü Əbubəkr Abakarov 86 kq-da favorit göstərilir. Gənclər arasında dünya ikincisi və üçüncüsü Zirəddin Bayramov isə 65 kq-da favoritlərdəndir.
Onu da bildirək ki, bu yarışda əsas favoritlərdən olan rusiyalı güləşçilər mübarizə aparmayacaq. Bu barədə Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili deyib. Onun sözlərinə görə, onları bu yarışdan heç kim məhrum etməyib, sadəcə, onlar çox bir amillərə görə belə qərar qəbul ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət