Rusiya və Belarus milliləri Avropa yarışlarından uzaqlaşdırıldı - YENİLƏNİB
Yusif Nəzərli
16:48 01.03.2022
İdman
603
Avropa Voleybol Konfederasiyası (CEV) Rusiya və Belarus millilərini, idmançılarını, klublarını və rəsmilərini Avropa yarışlarında iştirakdan məhrum edib.
Oxu.Az xəbər verir ki, CEV İdarə Heyətinin qərarı çimərlik və qar voleyboluna da şamil edilir.
Bundan başqa, Rusiya və Belarus voleybol federasiyalarının bütün üzvlərinin CEV orqanlarında daşıdığı vəzifələr dayandırılıb.
Xatırladaq ki, daha əvvəl Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiya və Belarusun dövlət bayraqlarının nümayiş etdirilməməsi və həmin ölkələrin himnlərinin səsləndirilməməsi, eləcə də bu ölkələrdə keçirilməsi planlaşdırılan Dünya Kuboku və Dünya Çağırış Kuboku yarışlarının ləğv olunması və bu ölkələrə turnir salınmaması barədə qərar çıxarıb. Həmçinin çıxarılan qərara əsasən FIG Həmrəylik Fondundan Ukrayna idmançılarına və Ukrayna Gimnastika Federasiyasının digər üzvlərinə maliyyə dəstəyi veriləcək.
Səbuhi Musa
17:35
Ümumdünya Karate Federasiyası (WKF) Moskvada keçirilməli olan Premyer Liqa yarışını Rusiyanın əlindən alıb.
Oxu.Az xəbər verir ki, 7-9 oktyabr tarixlərində keçirilməli olan yarış başqa ölkədə keçiriləcək.
WKF bu il Premyer Liqa yarışlarının sayını 5-də saxlamaq istədiyindən, artıq yeni ev sahibi axtarışına çıxıb.
Qeyd edək ki, 2-4 sentyabr tarixlərində Bakıda Premyer Liqa turniri keçiriləcək. Məhz Azərbaycandakı yarışdan sonra Moskva Premyer Liqa turniri planlaşdırılmışdı.
Səbuhi Musa
15:08
Beynəlxalq Voleybol Federasiyası (FIVB) bu ilin 26 avqust - 11 sentyabr tarixlərində keçirilməsi planlaşdırılan kişilər arasında dünya çempionatını Rusiyanın əlindən alıb.
Oxu.Az xəbər verir ki, bu barədə FIVB-in İdarə Heyəti qərar qəbul edib.
Qərarın nəticəsi Rusiya Voleybol Federasiyası və yerli Təşkilat Komitəsinə də çatdırılıb. FIVB dünya çempionatı üçün alternativ ölkə və ya ölkələr axtaracağını elan edib.
Qeyd edək ki, daha əvvəl Avropa Voleybol Konfederasiyası (CEV) Rusiya və Ukraynada CEV bayrağı altında keçiriləcək voleybol, çimərlik voleybolu və qar voleybolu üzrə yarışların baş tutmayacağını açıqlayıb. Bundan əlavə, cari avrokubok mövsümünün qalan hissəsində Rusiya və Ukrayna klubları öz ev oyunlarını neytral meydanda keçirməli olacaq.
Səbuhi Musa
14:38
Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına görə beynəlxalq idman assosiasiyaları tərəfindən rusiyalı hərbçilərə qarşı qadağalar davam edir.
Ümumdünya Boks Assosiasiyası (WBA) öz saytında Rusiya və Belarus döyüşçülərinin reytinq siyahılarından çıxarılacağını bildirib. Ancaq hazırkı dünya və ya ayrı-ayrı regionların çempionları statuslarını saxlayacaq.
Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Rusiya və Belarus idmançılarını himayəsi altında keçirilən yarışlardan uzaqlaşdırıb.
Norveç Xizək Assosiasiyası Rusiya idmançılarının Dünya Kubokunda iştirakına icazə verməkdən imtina edib. Qurumun nümayəndələri artıq Beynəlxalq Xizək Federasiyasına məlumat veriblər ki, onların hansı qərara gəlməsindən asılı olmayaraq, Drammen və Osloda planlaşdırılan yarışlar Rusiya və belaruslu idmançıların iştirakı olmadan keçiriləcək.
10:28
Rusiya daha bir idman növündə bütün yarışlardan məhrum edilib.
Oxu.Az xəbər verir ki, Ümumdünya Çimərlik Futbolu (BSWW) Rusiyanı Ukraynaya qarşı təcavüzə görə bütün yarışlardan kənarlaşdırıb.
Bunun FIFA və Beynəlxalq Olimpiya Komitəsinin Rusiya barədə verdiyi qərara dəstək olaraq edildiyi vurğulanıb. BSWW 2022-ci il mövsümü üçün təqvimi yenidən quracağını açıqlayıb.
Qeyd edək ki, Rusiya millisi çimərlik futbolunda dünyanın ən güclülərindən hesab olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq