"Sumqayıt" komandası yeni rekorda imza atıb
07:23 23.08.2021
İdman
471
“Sumqayıt” komandası Premyer Liqadakı ən uğurlu startına imza atıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ilk turda “Keşlə”ni 2:0 hesabı ilə məğlub edən Ayxan Abbasovun baş məşqçi olduğu komanda bu dəfə “Sabah”la oyunda da eyni nəticə ilə qalib gəlib.
Premyer Liqada 2011-ci ildə debüt edən “gənclik şəhəri” təmsilçisi əvvəlki 10 mövsümdə yalnız bir dəfə ilk iki oyunda 6 xal toplayıb. 2014/15 mövsümündə sumqayıtlılar “Qarabağ” (+:-) və “Xəzər Lənkəran”la (1:0) görüşlərdən sonra indiki kimi eyni xal və top fərqinə malik olub. Həmin rekord təkrarlansa da, 7 il öncə qarşılaşmalardan birində texniki nəticə qeydə alınıb.
Qeyd edək ki, son 5 mövsümün startında “Sumqayıt” eyni nəticəyə imza atıb. Komanda ilk iki oyundan birində qalib gəlib, digərində uduzub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm