“Sürix”in baş məşqçisi: “Əlavə vaxtın ilk hissəsində qol buraxmaq ayıbdır”
Yusif Nəzərli
07:02 28.07.2022
İdman
365
“Bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik”.
“Report”un məlumatına görə, bunu “Sürix”in baş məşqçisi Franko Foda İsveçrədə “Qarabağ”la əlavə vaxtda 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
56 yaşlı mütəxəssis buraxdıqları ilk qolda pis müdafiə olunduqlarını bildirib:
“Futbolçulara belə vəziyyətlərdə diqqətli olmalarını söyləmişdik. Bu qədər asanlıqla qol buraxmamalısan. Biz daha yaxşısını etməliydik. Matçın əsas vaxtından sonra hər şey xeyrimizə idi. Lakin sevinc çox çəkmədi. Sadə top itkisinə yol verdik və rəqib bizi əks-hücumda yaxaladı”.
Foda nəticəyə görə məyus olduğunu söyləyib:
“Hesab 1:1 olarkən mübarizə apardıq. Əlavə vaxtın ilk hissəsində qol buraxmaq isə ayıbdır”.
Qeyd edək ki, Bakıda “Sürix”i 3:2 hesabı ilə məğlub edən “Qarabağ” səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti raunda yüksəlib - 2:2. “Köhlən atlar” Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” klubu ilə üz-üzə gələcək. “Qarabağ” “Ferentsvaroş”a qarşı ilk görüşünü 2 və ya 3 avqustda evdə, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan İlham Əliyevi təbrik etdi
21:00 04.02.2026
Siyasət
Paşinyanın qızının maaşı yenidən müzakirə olunur
20:32 04.02.2026
Region
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm