Üç güləşçimiz erməniyə qalib gəldi
18:27 10.02.2020
İdman
582
Azərbaycanın üç güləşçisi Romada keçirilən Avropa çempionatının birinci günündə yarımfinala yüksəlib. Çempionatın birinci günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar. Komandamızın üzvü, mübarizəyə dörddəbir finaldan qoşulan Eldəniz Əzizli (55 kq) Ermənistan idmançısı Rudik Mkrtaçyanı böyük hesabla (7:1) məğlub edərək adını yarımfinala yazdırıb. İdmançımız yarımfinalda Bolqarıstanı təmsil edən erməni Edmond Armen Nazaryan ilə qarşılaşacaq.
Mübarizəyə təsnifat mərhələsindən başlayan Sənan Süleymanov (77 kq) Bolqarıstan bayrağı altında çıxış edən erməni Aik Mnatsakanyan (5:3), səkkizdəbir finalda italiyalı Matteo Maffezzoli (7:0) üzərində qələbə qazanıb. Dörddəbir finalda Yunanıstan güləşçisi Georgios Prevolarakisi 6:4 (tuşe) hesabı ilə üstələyən Azərbaycan pəhləvanının yarımfinaldakı rəqibi Ermənistan güləşçisi Karapet Çalyan olacaq.
Çempionatda 87 kiloqram çəki dərəcəsində mübarizəyə təsnifat mərhələsindən start verən idmançımız birinci qarşılaşmada Belarus idmançısı Kiril Maskeviçi məğlub edib - 3:2. Güləşçimiz səkkizdəbir finalda polşalı Arkadiuş Kuliniçi (3:1), dörddəbir finalda isə Bolqarıstan təmsilçisi Tarek Mohammed Abdelsalamı (4:3, tuşe) məğlubiyyətə uğradıb. Yarımfinalda pəhləvanımızın rəqibi Macarıstan idmançısı Viktor Lorints olacaq.
Avropa çempionatında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Taleh Məmmədov səkkizdəbir finalda rusiyalı İbrahim Labazanova (0:8) uduzub. Sabah Şəriəti (130 kq) isə səkkizdəbir finalda Ermənistan idmançısı David Ovasapyana (3:0) qalib gəlsə də, yarımfinala vəsiqə uğrunda qarşılaşmada rumıniyalı Alin Aleksuk Kiurariuya məğlub olub – 2:3.
Yunan-Roma güləşçilərimiz çempionatda baş məşqçi Aleksandr Tarakanovun, böyük məşqçi Rövşən Bayramovun və məşqçi Akif Əliyevin rəhbərliyi ilə mübarizə aparırlar.
Qitə birinciliyinin proqramına əsasən, yunan-Roma güləşçilərinin mübarizəsi fevralın 12-dək davam edəcək. Fevralın 12-14-də qadın pəhləvanlar xalça üzərinə çıxacaqlar. Ayın 14-dən 16-dək isə sərbəst güləşçilər güclərini sınayacaqlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm