QHT Naxçıvan MR-da maarifləndirici tədbirlər keçirəcək
10:42 26.05.2025
Sosial
484
Vətəndaş Tribunası İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il kiçik qrant müsabiqəsninqaliblərindən biri olaraq “Sosial mediada Azərbaycanın milli-mənəvi dəyərlərinə təhdidlərlə mübarizə” layihəsinin icrasına başlayır.Layihə çərçivəsində Naxçıvan MR-da bir sıra maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin ideyası müxtəlif şəxslərin, qrup və təşkilatların regional və beynəlxalq səviyyələrdə sosial media vasitəsilə Azərbaycanın milli maraqlarına və milli-mənəvi dəyərlərinə qarşı yönələn təhdidlərinin təhlili vəcavablandırılmasından ibarətdir. Layihə çərçivəsində bu təhdidlərlə bağlı xüsusi metodoloji kitabça çap ediləcək, Naxçıvan və Şərur şəhərlərində yerli ictimai fəallar və əhalinin müxtəlif təbəqələrini təmsil edən insanlarla görüşlər keçiriləcək.
Sosial medianın ən populyarplatformaları olan Facebook, Youtube, Tiktok, İnstaqram və başqa şəbəkələrdə həm fərdi şəkildə aparılan, həm də müxtəlif mərkəzlərdən yönəldilən şəxslərin, bloqqerlərin və qrupların apardığı anti-Azərbaycan, anti-Türkiyə təbliğatına biganə qalmaq olmaz.Qarabağın erməni işğalından azad etmiş Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi bəzi regional və beynəlxalq qüvvələrin xoşuna gəlmir. Azərbaycan torpaqlarını daim işğal altında saxlamaqla onun hərbi, iqtisadi-siyasi, mənəvi-psixoloji dirçəlişinə imkan verməmək və zəngin təbii sərvətlərini talamaq istəyən bu qüvvələr az qala vahid platforma ilə ölkəmizə qarşı ideoloji təxribatlara, təhdidlərə və şər-böhtan kampaniyalarına əl atırlar. Onlar xalqımızın milli birliyini sarsıtmaq üçün milli-mənəvi dəyərlərimiziaşağılamağaçalışırlar. Ermənistanın silahlandırılması ilə müşayiət olunan bu revanşizm kampaniyası gün-gündən genişlənməkdədir.
Kütləvi əhatəsi olan sosial media belə ideoloji təxribatlar və hücumlar üçün əlverişli baza rolunu oynamaqdadır. Burada planlı şəkildə müstəqil Azərbaycan dövlətçiliyinə, ölkəmizin və xalqımızın tarixinə, mədəniyyətinə qarşı total saxtalaşdırma və təhrifetmə, bir sözlə, intensiv ideoloji təxribat gedir. Bunlara, faktiki olaraq, bütün sahələr üzrə erməni iddiaları, din pərdəsi altında yürüdülən işğalçı təhdidlər, xalqımızın milli-mənəvi dəyərlərinin aşağılanması, “demokratiya” pərdəsi altında bəzi dağıdıcı Qərb təmayüllərinin təşviqi və sair daxildir. Sosial şəbəkələrə güclü axınla daxil olan bu qarayaxma kampaniyalarına müvafiq cavabların verilməsi təkcə vətəndaş cəmiyyəti fəallarının deyil, hər bir azərbaycanlının, bütün sosial media istifadəçilərinin borcudur. Bunun üçün istər əhalinin müxtəlif təbəqələri arasında, istərsə də yerli ictimai fəallar və media təmsilçiləri arasında milli maraqlar naminə davamlı mənəvi səfərbərlik işinin aparılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya