2026-cı il iyunun 16-19-da keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları ilə əlaqədar Bakı şəhərində bəzi parklanma məntəqələrinin bir hissəsi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
Bu barədə Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Həmin parklanma məntəqələrini təqdim edirik:
Təbriz küçəsi - P10640;
İzzəddin Həsənoğlu küçəsi - P11053;
Bülbül prospekti - P90055;
Füzuli küçəsi - P90217;
Zərifə Əliyeva küçəsi - P90242;
Rixard Zorge küçəsi - P98202 və P90202.
Məhdudiyyət iyunun 15-i saat 20:00-dan iyunun 20-dək qüvvədə olacaq.