Dərnəgüldən rayonlara birbaşa qatar reysləri başlayır

Azərbaycan Dəmir Yolları QSC iyunun 6-dan etibarən yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından rayonlara birbaşa qatar reyslərinə başlayır.

Qurumdan Teleqraf-a verilən məlumata görə, sərnişinlər artıq Dərnəgül dayanacağından:

Bakı–Qazax–Bakı,

Bakı–Ağstafa–Bakı (əlavə reyslər),

Bakı–Balakən–Bakı,

Bakı–Qəbələ–Bakı marşrutları üzrə səfər edə biləcəklər.

Bildirilib ki, biletləri rəsmi internet saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə etmək mümkündür.