12 manat tibbi sığorta haqqı ödəyəcəklər
Yusif Nəzərli
22:32 12.10.2022
İqtisadiyyat
626
Aparıcılar, rəqqaslar, dərzi və bərbərlər, əliniz cibinizdə olsun
Bundan sonra toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi və bərbər fəaliyyəti ilə məşğul olan şəxslər də icbari tibbi sığorta haqqı ödəyəcək. “Tibbi sığorta haqqında” qanuna edilən dəyişikliyə görə, sözügedən şəxslər tərəfindən sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödəniləcək.
Həmçinin Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını - o cümlədən taksi ilə və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən ödəniləcək.
Beləliklə, bu sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4 faizi miqdarında - 12 manat - məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.
İqtisadçı ekspert Rauf Qarayevin sözlərinə görə, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq və digər fəaliyyətlə məşğul olan şəxslər həm sadələşdirilmiş vergi ödəyir, həm də Dövlət Sosial Müdafiə Fonduna müvafiq ödənişlər edirdi:
“Yalnız icbari tibbi sığorta ilə bağlı köçürmələrdə qeyri-müəyyənlik vardı. Tibbi sığorta haqqında” qanuna dəyişikliklər bu qeyri-müəyyənliyi də aradan qaldırmış oldu. Əgər hansısa bir müəssisədə işləyən şəxsin əməkhaqqından müvafiq məbləğdə vəsait tibbi sığorta üçün ödənilirsə, niyə də toylarda aparıcılıq edən, yaxud da bərbər kimi fəaliyyət göstərən insanların aylıq gəlirindən sığorta haqqı tutulub büdcəyə köçürülməsin”.
Bu dəyişiklikləri müsbət dəyərləndirən ekspert hesab edir ki, bu qərar heç bir halda sözügedən xidmət sahələrində qiymət artımı ilə nəticələnməməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region