158 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib
11:15 05.12.2023
İqtisadiyyat
788
Azərbaycanda əhalinin dərman vasitələri ilə etibarlı təchizatının təmin edilməsi üçün müxtəlif tədbirlər görülür. Xarici qeydiyyatın tanınması üçün dərman vasitələrinin sadələşdirilmiş ekspertiza xidmətləri bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısının müvafiq Fərmanı ilə Tarif (qiymət) Şurasına bu xidmətlərin tariflərininin təsdiq edilməsi tapşırılıb.
“APA-Economics” xəbər verir ki, Şuranın bu gün keçirilən iclasında dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertiza, o cümlədən xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza xidmətlərinin tarifləri təsdiq edilib.
Tarif dəyişikliyinin dərman vasitələrinin qiymətinə təsiri yoxdur. Sadələşdirilmiş ekspertiza tarifləri mövcud tariflərdən təxminən 20-29% azaldılıb. Adi ekspertiza tarifləri isə mövcud tariflərdən 20%-ə qədər yuxarı həddə təsdiqlənib. Sadələşdirilmiş ekspertizanın tariflərinin daha aşağı olması həmin dərmanların qeydiyyatını, yenidən qeydiyyatını və idxalını daha səmərəli etməklə dərman təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq. Bu hal dərman şirkətlərininin yüksək keyfiyyətli, effektivliyi təsdiqlənmiş dərman vasitələrini ölkəyə idxal etməsini stimullaşdıracaq.
Qeyd edək ki, “Dərman vasitələri haqqında” Qanuna olunan dəyişikliyə əsasən, dərman vasitələrinin qeydiyyatı üçün ixtisaslaşdırılmış ekspertiza xidmətlərinin müddəti 210 gündən 90 günə endirilib. Xarici qeydiyyatın tanınması üzrə sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən dövlət reyestrinə daxil edilən dərman vasitələri üçün tələb olunan sənədlərin sayı azaldılıb. Xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza üzrə qısa müddət - 11 iş günü təsbit edilib.
Yeni tariflər sadələşdirilmiş ekspertiza ilə əlaqədar Nazirlər Kabinetinin “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nda dəyişikliyi nəzərdə tutan Qərarı ilə eyni tarixdən qüvvəyə minəcək.
İclasda, həmçinin yeni dövlət qeydiyyatına alınan 158 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 57 dərman vasitəsinin qiymətinin yuxarı həddində qanunvericiliyə uyğun olaraq dəyişikliklər aparılıb.
Qərar 8 dekabr 2023-cü il tarixindən qüvvəyə minir.
Qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az ) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf ) yerləşdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tarixin ən gəlir gətirən aktyoru oldu!
06:42 15.09.2026
Şou
ABŞ-ın xam neft ehtiyatlarının həcmi kəskin azaldı
05:25 15.09.2026
Dünya
Kababla soyuq içkilər qəbul edənlərin diqqətinə!
03:30 15.09.2026
Sağlamlıq
Hikmət Hacıyev Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb
02:50 15.09.2026
Siyasət
NYT: Pentaqonda xaos hökm sürür
02:12 15.09.2026
Aktual
Fransada benzinin qiyməti tarixi rekord vurdu
01:48 15.09.2026
İqtisadiyyat
Azərbaycanda Bilik Günüdür
01:26 15.09.2026
Elm və Təhsil
Bakının azad olunmasından 108 il ötür
00:43 15.09.2026
Tarix
Mauro İkardinin yeni ünvanı bəlli olur
23:59 14.09.2026
Futbol
Ayxan Abbasov millinin heyətini nə vaxt açıqlayacaq?
23:22 14.09.2026
Futbol
Vens: ABŞ husilərlə əlaqə saxlayır
22:41 14.09.2026
Gündəm
Putin bunu düşünməklə yanlış edir - Rutte
22:02 14.09.2026
Siyasət
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
21:48 14.09.2026
Elm və Təhsil
Netanyahu 23-25 sentyabr tarixlərində Nyu-Yorka səfər edəcək
21:20 14.09.2026
Dünya
Ukrayna Moskvanın razılaşmanı pozmayacağına dair zəmanət istəyir
20:45 14.09.2026
Dünya
“Azərişıq” ASC-nin xidmətləri “mygov”a inteqrasiya edilir
20:27 14.09.2026
Cəmiyyət