Nazir:“Sənaye zonalarında indiyədək 5 milyard manatdan çox məhsul istehsal edilib” - FOTO


“Sənaye zonalarında indiyədək 5 milyard manatdan çox məhsul istehsal edilib”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” səhifəsində yazıb:

“Bunun 1,4 milyard manatlıq hissəsi və ya təxminən 28 %-i ixrac olunub. 2021-ci ilin 9 ayında isə,  sənaye zonalarında  məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,4 % artaraq 1,5 milyard manatdan çox, ixrac isə 2 dəfə artımla 545 milyon manat təşkil edib. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,3 %, ixracında 25,9 % olub”.