"Fitch Ratings" Azərbaycanda inflyasiya proqnozlarını yeniləyib


"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda orta illik inflyasiyanın bu ilin sonuna 7,6 % təşkil edəcəyini proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi məlumat yayıb.

"Təchizat zəncirində baş verəcək kəsintilər də daxil olmaqla müvəqqəti təzyiqlər azaldıqca, biz inflyasiyanın 2022-ci ilin sonuna qədər hədəf diapazonundan bir qədər yuxarı (4 %) 4,3 %-ə qədər azalacağını proqnzolaşdırırıq", - "Fitch" bildirir.

Reytinq agentliy hesab edir ki, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırmağa davam edəcək və onun 50 faiz bəndi – 7,5 %-dək artması gözlənilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,7 %, qeyri-ərzaq məhsulları üzrə 104,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105 % təşkil edib.