Gələn il üçün proqnozlaşdırılan orta aylıq əməkhaqqının məbləği AÇIQLANDI


2022-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqının 807 manata çatması gözlənilir.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında 2022-ci ilin dövlət və büdcə layihələrinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir gələn il Azərbaycanda investisiya fəallığının artmasının gözlənildiyini də bildirib.

Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycanda iqtisadi fəaliyyət tamamilə yeni keyfiyyət üzərində formalaşacaq.