Yenə çirkli pullar meydandadır


Erməni lobbisinin çarəsiz çırpınışları davam edir

“Azərbaycanın hərbi-siyasi və diplomatik müstəvidə qazandığı tarixi qələbələr erməni lobbisinin də fiaskosunu şərtləndirib, ermənilərin “güclü lobbi-diaspor" mifinə son qoyulub”. Bu fikirləri politoloq Nurlan Qələndərli deyib. Politoloq qeyd edib ki, revanşizm xəstəliyindən əziyyət çəkən ermənilər, o cümlədən çirkli pulların yuyulması vasitəsinə çevrilmiş erməni lobbisi müxtəlif cəhdlərlə çarəsiz çırpınışlarını davam etdirir: 

“Azərbaycanın bir neçə gün əvvəl Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatlarının qarşısını alaraq düşmənə layiqli cavab verməsindən sonra yenidən köhnə yeni təşəbbüslər diqqəti cəlb edir. Məsələn, ABŞ Senatının Beynəlxalq Komitəsinin sədri Robert Menendes ABŞ-ı Bakıya hərbi yardımını azaltmağa çağırıb. Erməni lobbisinin siyasi girovluğunda olan Robert Menendes bunu “Ermənistanla Azərbaycan arasında gərginliyin artması” ilə əlaqələndirib. Əlbəttə, bu, ənənəvi və uğursuz dünya erməniliyi gedişidir. "Senator" adı daşıyan, amma erməni lobbisinin siyasi girovluğunda olan belə "siyasətçi"lər isə yeni reallıqları görmək və ona uyğun davranmaq məcburiyyətindədirlər”.