Qarabağın idarəetməsində yeni model formalaşdırılır

Millət vəkili Emin Hüseynovun təyinatını yüksək qiymətləndirib
“Dövlət başçısının sərəncamı ilə Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi təyin edilib”. Bu barədə millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, hər zaman xüsusi bacarığı və innovativ işgüzarlığı ilə fərqlənən Emin Hüseynovun bu təyinatının Qarabağ iqtisadi rayonunda idarəetməyə xüsusi töhfə verəcəyi şübhəsizdir:

“Prezidentin bu sərəncamı ilə yerli idarəetmədə yeni yanaşma tətbiq ediləcək. İqtisadi rayon üzrə Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi yerli idarəetmədə yeni modelin tətbiqindən xəbər verir. Ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə Azərbaycanda 14 iqtisadi rayon formalaşdırılıb. Həmin tarixədək 10 iqtisadi rayon təsnifləşdirilmişdir. 

Mövcud iqtisadi rayonların ikisi işğaldan azad olunan ərazilərimizdə yaradılıb. Bir müddət öncə işğaldan azad olunan ərazilərimizdə formalaşacaq modelin digər regionlarımız da transfer olunacağı bildirilmişdi. Bögələrdə biznesin inkişafı, daha çox sərmayələrin cəlb edilməsi üçün institutsional islahatlar vacib şərtlərdən hesab olunur. 

Artıq işğaldan azad olunan ərazilərimizdə yerli idarəetmədə yeni modelin formalaşdırılır. Bu yeni stuktur islahatların başlanğıcı kimi də xarakterizə oluna bilər”.