Çörəyin qiyməti bahalaşdı

Türkiyədə çörəyin qiyməti bahalaşıb. “Sherg.az” türkiyə mediasına istinadən xəbər verir ki, qiymət 1.5 lirədən 3.5 lirəyə qalxıb. Buna səbəb türk lirəsinin yenidən ucuzlaşmağı olub. 
Valyuta birjasında bir dollar 14 lirə səviyyəsini keçib. Ötən həftə birjalarda həftəsonu 1 dollar 13,85 lirəyə bağlanmışdı. Bu ilin əvvəlindən türk valyutası dollar və avro qarşısında təxminən iki dəfə ucuzlaşıb.

Qeyd edək ki, İstanbul Ticaret Odası (İTO) Məclisinin noyabr ayının 11-də verilən qərara görə, İstanbulda 230 qram çörəyin qiyməti 2,5 lirə olmuşdu. Türkiyədə 230 qram çörəyin ortalama qiyməti 2 lirə ilə 2,5 lirə arasında idi. Çörək istehsalçılarının sözlərinə görə, unun bahalaşması səbəbindən bu qiymət artıq çörəyin maya dəyərini belə ödəmir.

 Xanlar ƏLİBƏY