Mikayıl Cabbarov: “Azərbaycan Gürcüstana 3,3 mlrd dollar investisiya qoyub”

“Azərbaycanla Gürcüstan arasında əlaqələr getdikcə dərinləşir. Koronavirus (COVID-19) pandemiyasının yaratdığı məcburi məhdudiyyətlərə baxmayaraq ikitərəfli ticarət dövriyyəsi sürətlə artır”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda bildirib.
“Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 33% artıb. Azərbayca Gürcüstana ən çox sərmayə yatıran ölkələrindəndir. Bu günə qədər 3,3 milyard ABŞ dolları investisiya qoyulub. Biz yeni həyata keçirilməsində maraqlıyıq”, - deyə o, qeyd edib.