Yeni ildən manatı hansı risklər gözləyir? - ŞƏRH:“Dünyada vəziyyət kəskin dəyişə bilər”

Belə halda hansısa kritik vəziyyətdən bəhs etmək olar”


İqtisadçı- alim, millət vəkili Vüqar Bayramov lirənin ucuzlaşmaqda davam etdiyini bildirib.  O qeyd edib ki, 1 ay öncə 1 dollar almaq üçün 9.85 lirə ödəmək lazım idi. İndi bu rəqəm 13.87-dək dəyişib. Bu, o deməkdir ki, 1 ay ərzində 30 faizə yaxın dəyər itirib”

O qeyd edib ki, türk lirəsinin ucuzlaşması Azərbaycanın ticarət dövriyyəsinə ciddi təsir göstərməsə  belə, həm iqtisadi, həm də psixoloji baxımdan qardaş ölkədə milli valyutanın dəyərsizləşməsi bizim üçün arzuolunan deyil.


Bank məsələləri  üzrə ekspert Əkrəm Həsənov “Sherg.az”a türk lirəsinin düşməsinin Azərbaycan manatına təsiri olmayacağını açıqlayıb:

“Türkiyə lirəsinin düşməsi Azərbaycan manatına təsir göstərmir. Çünki Azərbaycan manatının məzənnəsi dünyada daha çox neftin qiymətilə ölçülür. Manat neft amilinə bağlıdır. Neftin qiyməti də sabitdir. Xatırladıram ki, Azərbaycanda əvvəlki devalvasiyalar məhz neftin qiymətinin uzun müddətli düşməsi ilə bağlı olur. Belə bir şey yoxdur.

Mütəxəssis manatın hansı hallarda ucuzlaşa biləcəyini izah edib: 

“İkinci hal o ola bilər ki, əgər Azərbaycan Türkiyəyə neftdən başqa nə isə satsaydı, o zaman deyə bilərdik ki, bizim üçün devalvasiya təhlükəsi var. Amma biz Türkiyəyə nə isə satmırıq. Satırıqsa da,burada türk lirəsi yox, dollar rol oynayır. Ümumiyyətlə, yaxın bir neçə ay ərzində Azərbaycanda belə bir təhlükə gözlənilmir.  

Amma təbii ki, dünyada həm geosiyasi və iqtisadi vəziyyət kəskin dəyişə bilər. Belə halda hansısa kritik vəziyyətdən bəhs etmək olar”.

Cəmilə ƏZİM