Hökumət kərə yağının qiymətinin artmaması üçün qərar qəbul edib

Azərbaycana idxal olunan kərə yağı və komponentlərinə tətbiq olunan gömrük rüsumları ilə bağlı güzəştlər daha iki il uzadılıb.
“Report”un məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Güzəştlər bu ilin sonundan 2023-cü ilin sonunadək uzadılıb və bununla bağlı bu məhsullara 5 %-lik idxal gömrük rüsumları tətbiq ediləcək. Bundan öncə bu məhsullara 15 %-lik idxal gömrük rüsumu tətbiq edilirdi.