Güzəştli mənzillərin satışına hazırlıq işlərinə başlanılıb - FOTO

Gəncə Yaşayış Kompleksində yerləşən güzəştli mənzillərin satışına hazırlıq işləri çərçivəsində satışa çıxarılacaq güzəştli mənzillər agent bank və qiymətləndirici şirkətlərə nümayiş etdirilib.
Mənzil İnşaatı Dövlət Agentliyindən Oxu.Az-a verilən məlumatda bildirilib ki, kompleksdə ümumilikdə 986 mənzil var.

Yaşayış binaları ilə yanaşı Kompleksdə 125 yerlik uşaq bağçası, 1176 şagird yerlik orta təhsil məktəbi inşa edilib.

23 dekabr 2021-ci il tarixində Gəncə Yaşayış Kompleksində yerləşən güzəştli mənzillərin satışına başlanılacaq və 30 dekabr 2021-ci il tarixinədək davam edəcək. Gözləmə qaydasında mənzillərin seçimi 27 dekabr 2021-ci il tarixində başlayacaq və 30 dekabr 2021-ci il tarixinədək davam edəcək.

Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Gəncə şəhərində güzəştli mənzillər barədə ətraflı məlumat linkdən əldə etmək mümkündür.