Azərbaycanda minimum əməkhaqqı artırılır  - Sərəncam imzalamdı

Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli Sərəncamında dəyişiklik edilib. 
"Sherg.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 
Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilir.