Türkiyə lirəsi dollar qarşısında növbəti dəfə ucuzlaşdı - YENİLƏNİB + FOTO

Türk lirəsinin ABŞ dollarına nisbətən dəyər itirməsi davam edir.
Bugünki ticarət sessiyası ərzində USD/TRY cütlüyü 17 həddini aşıb ki, bu da lirə üçün yeni antirkorddur. Qeyd edək ki, artıq ucuzlaşma prosesi qiymətli kağızlar bazarına da təsir edib.
Belə ki, İstanbul birjasında səhmlərin qiymətində ciddi eniş qeydə alınıb.

11:38
Türkiyənin milli pul vahidi son sutka ərzində ucuzlaşmaqda davam edib.  
1 ABŞ dolları 16 Türkiyə lirəsi həddinə çatıb.
Hazırda ABŞ dolları qarşısında Türkiyənin milli pul vahidi üzrə məzənnə 1 ABŞ dolları - 16,0150 lirə nisbətindədir. Bu lirə üçün tarixi antirekorddur.