Bakıda maaşlar artıb - RƏSMİ

Bakı şəhəri üzrə muzdla çalışan şəxslərin orta aylıq nominal əməkhaqqıları açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, 2021-ci ilin yanvar-oktyabr aylarında işçilərin orta aylıq əməkhaqqı 937,5 manata bərabər olub. Bu, əvvəlki ilin müvafiq dövrünə nəzərən 1,2 faiz daha çoxdur.