“Maaş və təqaüdlərin artması inflyasiyanı kompensasiya etməyəcək”

 “Builki inflyasiya səviyyəsi növbəti ildəki inflyasiyanı kompensasiya etmək iqtidarında olmayacaq”.
Bu barədə “Sherg.az”a iqtisadçı-ekspert Azər Mehdiyev bildirib. 
O qeyd edib ki, hökumətin həyata keçirdiyi islahatlar nəticəsində əmək haqları, sosial müavinətlər 15-20 faiz artırılıb:

“Görülmüş tədbirlər nəticəsində inflyasiya kompensasiya edilir. İnflyasiya ötən illə müqayisədə 6 faizin üzərində, ilin əvvəli ilə müqayisədə isə 10 faizin üzərində olub. Nəzərə almalıyıq ki, əhalinin təqribən 70 faizinin gəliri orta aylıq əməkhaqqıdan aşağıdır.

 Vətəndaşların istifadə etdikləri əsas məhsulların qiymət artımı 50 faizin üzərindədir. Bu gedişlə alıcılıq qabiliyyəti aşağı düşəcək. Sosial gərginlik artacaq”.

 Xanlar ƏLİBƏY