Azərbaycanda türk mallarının ucuzlaşması baş vermədi

Gömrük orqanları buna imkan vermir
Azərbaycan Mərkəzi Bankının 24 dekabr tarixinə olan məlumatına görə, 1 Türkiyə lirəsi 0.1475 manata qədər bahalaşıb. Yerli əhalinin xüsusən də son dönəmlərdə Türkiyə məsullarına marağı xeyli dərəcədə artıb. Bu bahalaşmanın Azərbaycanda satılan və ya Türkiyədən ixrac olunan müxtəlif növ əmtəə məhsullarına təsiri olacağı gözlənilir. 

Bu barədə “Şərq”ə danışan iqtisadçı-eskpert Nazim Bəydəmirli bildirib ki, bu, daha çox ölkənin apardığı iqtisadi siyasətdən asılıdır: 

“Güman edirəm ki, bu dalğalanma hələ bir müddət davam edəcək. Eyni zamanda Türkiyədə valyutasının ucuzlaşması onun ixrac potensialını artırır. Türkiyə özünü müxtəlif istehlak məhsulları ilə təmin edən ölkə olduğuna görə kurs dəyişikliyi təbii ki, mütləqdir. Çünki müxtəlif məhsulların xammalı xaricdən gəlir, o da valyuta ilə bağlıdır”. 

Ekspertin sözlərinə görə, gömrük orqanları idxal olunan məsulların qiymətlərini süni olaraq artırırlar.
“Azərbaycana münasibətdə isə xarici ölkə tərəfdaşlarımızın valyutalarının ucuzlaşması bizə və bizim sahibkarlar üçün faydalıdır. Çünki daha az pula daha çox məhsul almaq imkanları yaranır. Azərbaycanda isə bazar iqtisadiyyatı tam oturuşmadığına görə gömrük orqanları ucuzlaşmaya imkan vermirlər”.

İqtisadçı türk lirəsinin bahalaşması haqqında danışarkən qeyd edib ki, istənilən valyutanın ucuzlaşma ehtimalı ölkədə bir neçə faktordan asılıdır: 

“Tələb-təklif üzərində qurulan iqtisadiyyatlarda əsas faktor həmişə ölkəyə daxil olan valyuta ilə ölkədən çıxan valyuta arasında fərq varsa, təbii ki, kurs dəyişikliyi baş verir. Ancaq Türkiyədə baş verən dəyişikliklər əsasən siyasətdən, həmçinin hökumətin Mərkəzi Banka olan təsirlərindən qaynaqlanırdı. Çünki mərkəzi banklar humanitar siyasət həyata keçirmək üçün müstəqil olmalıdırlar. Ancaq görünən o idi ki, siyasi hakimiyyət mərkəzi bankın bu siyasətinə təsir edir. Eyni zamanda əgər ajiotaj yaranırsa, istənilən valyutanın kursunun təqribən ən azı 30 faiz dəyişməsi ajiotaj fonunda baş verir. Yəni xarici valyutaya ehtiyacı olan şəxslərin belə valyuta bahalaşacaq, qiymətlər bahalaşacaq deyə gözləntiləri olduqda kursa təsir edir. Qiymətin, yəni kursun 30 faiz dəyişməsi böyük ehtimallarla həmişə belə baş verir”.

Sənan İsmayıl