ASELSAN Azərbaycanda yeni layihələr hazırlayır

"ASELSAN Azərbaycanda yeni layihələr hazırlayır".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün rəsmi qəzetə müsahibəsində deyib.

"Türkiyə-Azərbaycan qardaşlığını zirvələrə daşıyan prezidentimiz Rəcəb Tayyib Ərdoğanın və möhtərəm Prezident İlham Əliyevin bu məsələdə sərt mövqeyi də bizə ruh yüksəkliyi və cəsarət verir. Biz ASELSAN olaraq Türkiyə-Azərbaycan münasibətlərinin ən mühüm məsələlərindən biri olan regio­nal təhlükəsizlik və hərbi əməkdaşlıqla bağlı dövlətlərimizə hər cür töhfə verməyə çalışırıq.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən Qarabağ bölgəsində Azərbaycan Ordusunu ASEL­SAN məhsulları ilə təmin etməklə bu torpaqları daha da firavanlaşdırmaq, övlad­larımıza işıqlı gələcək bəxş etmək məqsədi ilə sarsılmaz təməllər üzərində qurduğu­muz əlaqələrimiz bir çox sahələrdə davam edir. 1998-ci ildə Azərbaycanda fəaliyyət sahələrimizin artması və göstərdiyimiz xidmətlər sayəsində ASELSAN-ın 100 faiz törəmə şirkəti olan "ASELSAN-Bakı"nı yaratdıq. "ASELSAN-Bakı" vasitəsilə Azərbaycanda yeni layihələr hazırlayır və müqavilələr üzrə təhvil verilən sistemlərin texniki quraşdırılması, satışdan sonrakı nasazlıqların aşkar edilməsi və texniki xidmət-təmir işlərini həyata keçiririk. Biz taktiki sahədə təhlükəsiz, əl, avtomobil, arxa və hava radio həllərimizlə dəniz rabitə sistemləri, radio bağlantıları, peyk rabitə sistemləri kimi ən son texnologiya məhsulları təklif edirik", - o vurğulayıb.