Nazir: Yeni ildə Qara Dəniz qazından Türkiyənin hər tərəfində istifadə olunacaq

2022-ci ildə Qara Dənizindən çıxarılacaq təbii qaz Türkiyənin hər bir tərəfində istifadə olunacaq.

APA-nin Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyə Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, təbii qazın hasilatı üçün Türkiyənin Zonquldak İlinde Filyos Təbii Qaz Emalı Zavodunun inşaatı sürətlə davam edir, zavodun tutumu ilkin mərhələdə günlük 10 maksimum isə 40 milyon kubmetr olacaqdır.