OPEC+ hasilatın artırılması planını qüvvədə saxladı


OPEC+ ölkələri nazirlərinin növbəti toplantısı keçirilib.

İclasda fevral ayı üçün neft hasilatının sutkada 400 min barrel artırılması üzrə mövcud planın fəaliyyət müddətinin uzadılması qərara alınıb.

Həmçinin, iclasda nazirlərin növbəti toplantısının fevralın 2-də keçiriləcəyi razılaşdırılıb.

Mənbə: TASS