OPEK: Qiymət dəyişikliyi geosiyasi inkişaflardan qaynaqlanır

Rusiyanın Ukraynaya qoşun yeritməsindən sonra neft qiymətləri yüksəlib. Buna baxmayaraq, OPEK və Rusiya hasilatı ayda cəmi 400 min barel artırmaqla bağlı plana sadiq qalmağa razılaşıblar.

"Sherg.az" "BBC"ə istinadən xəbər verir ki,  məsələ bəyanatda belə qeyd edilib:
“Hazırkı neft bazarının əsasları və onun perspektivi ilə bağlı konsensus yaxşı balanslaşdırılmış bazara işarə edir. Cari dəyişkənlik bazar əsaslarındakı dəyişikliklərlə deyil, cari geosiyasi inkişaflardan qaynaqlanır”.

OPEK əlavə edib ki, növbəti iclas martın 31-də keçiriləcək.

Qeyd edək ki, bu proses qlobal xam neftin qiymətinin bir barel üçün 110 dolları ötüb keçməsi və  çərşənbə günü təbii qazın qiymətinin Avropada yeni rekorda çatması ilə nəticələnir.

Cəmilə ƏZİM