“Moody's” Rusiyanın reytinqini altı pillə aşağı salıb


Beynəlxalq reytinq agentliyi “Moody's” Rusiyanın reytinqini birdən-birə altı pillə aşağı salaraq, “Baa3”dən “B3” səviyyəsinə endirib.

 Agentliyin məlumatına görə, reytinqin daha da aşağı salınma ehtimalı var.

“Bu gün “Moody's Investors Service” (“Moody's”) Rusiya hökumətinin uzunmüddətli emitentini (milli və xarici valyutada) və yüksək təminatsız borcunun (milli və xarici valyutada) reytinqini “Baa3”dən “B3”ə endirib”, - deyə hesabatda bildirilir.

Agentlik izah edir ki, bu qərara səbəb Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq Qərb ölkələrinin tətbiq etdiyi sərt sanksiyalardır.

“B3” - emitentin kredit riskinin “yüksək spekulyativ” dərəcəsini əks etdirən sonuncu pillədir, ondan aşağı “Caa” reytinqidir.

“Moody's” Rusiyanın dövlət borcunun dayandırılması riskini qiymətləndirir, hesab edir ki, bu günə qədər elan edilmiş sanksiyaların miqyası, şiddəti agentliyin ilkin gözləntilərini üstələyib və bu, Rusiyanın kredit qabiliyyətinə əhəmiyyətli təsir göstərəcək.

Mənbə: RİA Novosti