Tarixi rekord: Avropada qazın qiyməti 2900 dolları ötdü 


Avropa birjalarında təbii qaz qiymətləri növbəti dəfə tarixi rekordu yeniləyib.

Trend-in məlumatına görə, qiymətlər min kubmetr üçün yenidən 2 900 dollar həddini keçib.

Ötən həftəsonu ilə müqayisədə qiymətlər 30 faizə yaxın artıb.