Davos Dünya İqtisadi Forumu Rusiya ilə münasibətləri dondurur


Davosda keçirilən Dünya İqtisadi Forum (WEF) Rusiya ilə münasibətlərini, o cümlədən oliqarxların idarə etdiyi konqlomeratlarla strateji tərəfdaşlığını dondurur.

“Politico” xəbər verir ki, bu barədə WEF nümayəndəsi Amanda Russonun bəyanatında deyilir.

Bildirilir ki, WEF ABŞ, Aİ və İsveçrənin Rusiyaya qarşı sanksiyalarına əməl etməyə məcburdur. Bu isə Rusiya bankları və neft şirkətləri ilə əlaqələrin kəsilməsi deməkdir.

“Biz sanksiyalar altında olan heç bir şəxslə əməkdaşlıq etmirik və Rusiya təşkilatları ilə bütün əlaqələri dondurmuşuq”, - Russo bildirib.