“Neftin qiymətinin bahalaşması inflyasiyaya səbəb olur”

Azərbaycan nefti bahalaşıb. “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 7,28 ABŞ dollar, yaxud 5,7 faiz artıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 135,99 ABŞ dolları təşkil edib.Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Dünyada hər sahədə bahalaşma tüğyan edir. Neft də bunlardan biridir. Qiymətlərin artmasında əsas səbəblərdən biri Rusiya və Ukrayna arasındakı müharibədir. Çünki bir çox ölkə rəsmi Moskvanın işğalçı rejiminə görə ona sanksiyalar, cəza tədbirləri, qadağalar və məhdudiyyətlər tətbiq edir. Bu da, Azərbaycan neftindən yan keçməyib. Qiymətlərin sabitləşəcəyi və ya artacağı  məlum deyil.  

 "PSG Kapital İnvestisiya Şirkəti" QSC-nin direktor müavini Nəriman Yaqubov Azərbaycan nefti ilə bağlı “Sherg.az”a açıqalamasında bildirib ki, təxmini dünya neftinin 9-10 faizini Amerika ixrac edir:

“Amma “OPEK+”un qərar layihəsi hələ təsdiqlənməyib. Müzakirə olundu ki, təsdiqlənsə və s.neftin təklifində problem yaranır. Ona görə də, qiymətlər artıb. Onun təsdiqlənəcəyi halda hazırda ABŞ  Səudiyyə Ərəbistanı ilə görüş təşkil etmək istəyir ki, qarşı tərəfi kompensasiya edə bilsin. Əgər alınmasa, neftin qiyməti qısa  müddətdə artacaq. Bu, 250 dollara çata bilər. Yüksək qiymət tələbdə azalma əmələ gətirir”.

N.Yaqubov növbəti 3-6 ay ərzində yüksək qiymətlər davam edəcək:

“Buna görə də,Azərbaycan neftinin də qiyməti yüksək ola bilər. Bunun müsbət tərəfləri var. Məsələn, ölkənin gəlirlərinin böyük bir hissəsi tam formalaşır. İstər Dövlət Neft Fondunda, istər büdcəyə daxilolmalarda artımlar görsənəcək. Həm də Azərbaycanın valyuta mövqeyi yaxşılaşır”.

N.Yaqubov izah edib ki, bizdə idxalın həcmi çox yüksəkdir:

“Neftin qiymətinin bahalaşması inflyasiyaya səbəb olur. Onsuz da dünyanın bir çox ölkəsində yüksəkdir. Bu faktorlar bir-birini balanslaşdırmalıdır. Qısa müddətdə pozitiv faktordur. Lakin perspektivdə hansı nəticələri verəcəyi qaranlıqdır”.


Cəmilə ƏZİM