Mikayıl Cabbarov Qazaxıstan şirkətinin rəhbəri ilə görüşdü - FOTO


İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın “Samruk-Kazyna” SC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev və həmkarları ilə görüşüb.

Bu barədə nazir “Facebook” hesabında paylaşım edib.

“Görüşdə ikitərəfli əməkdaşlıq perspektivlərini və iqtisadi əlaqələrimizin genişləndirilməsini müzakirə etdik”, - deyə o qeyd edib.