"Gürcüstanda yanacağın qiyməti 4 larini keçəcək" - Ekspert

"Yanacağın qiyməti 4 larini keçəcək və bu artım mayın sonuna qədər davam edəcək".

24News.ge xəbər verir ki, bu barədə iqtisadçı Oto Abesadze proqnoz verib.

Onun sözlərinə görə, əgər yaxın 6 ayda dövlət inflyasiyanı əlində saxlaya bilsə və dolların məzənnəsi 2,5 lari səviyyəsində sabitləşsə, yanacağın qiyməti orta hesabla 1 litr üçün 2 lari olacaq.

Abesadze bunun üçün isə aşağıdakı amillərin hıyata keçirilməli olduğunu deyib:

● Avropa İttifaqı üzvlüyünə namizəd ölkə olmaq;
● Bu status çərçivəsində yeni investisiyaların cəlb edilməsi;
● Kiçik hökumət modelinə keçilməsi;
● Büdcənin xərclər hissəsindən 5 milyard lari daha az xərclənilməsi;
● Vergi islahatının aparılması;
● Yanacağın aksiz vergisi ləğv edilməli;
● ƏDV - də üzən rejimə keçilməli və 10% səviyyəsində dayanılmalıdır.

Xatırladaq ki, iqtisadçı Oto Abesadze 12 fevral tarixində yanacağın qiymətinin artacağı və 3.50 tetri - 4 lari arasında olacağı proqnozunu vermişdi.