Nazir ÜDM-in həcmini açıqladı - FOTO

Bu ilin iki ayında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 % artaraq 12 milyard 419 milyon 700 min manat olub.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında paylaşım edib.
Nazir qeyd edib ki, bu, ölkəmizdəki dayanıqlı iqtisadi artıma yönələn tədbirlərin nəticəsidir.