Nazir: “İlk iki ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 80 faiz artıb” - FOTO

“Ölkəmizin xarici ticarət əlaqələrində ötən il əldə edilmiş müsbət dinamika bu ilin ilk iki ayında da davam edib”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında paylaşım edib.
“İlk iki ayda xarici ticarət dövriyyəsi 80,4 % artaraq 7,94 milyard dollar, ixrac 2,1 dəfə artaraq 5,97 milyard dollar, idxal isə 22,3 % artaraq 1,97 milyard dollar təşkil edib. Xarici ticarət saldosu 3,4 dəfə artaraq 4 milyard dollar olub”.